ƏLİYEV Ramil Beqlyar oğlu (5.2.1940, Füzuli r-nunun Saracıq k. – 7.102015, Bakı) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1980), prof. (1990). Azәrb Dövlәt Un-tini (1963) bitirmişdir. Azәrb. SSR EA İqtisadiyyat İn-tunda kiçik elmi işçi (1963), Ali Hәrbi Partiya mәktәbindә müәllim (1963– 65), Elmi Tәdqiqat Kәnd Tәsәrrüfatının İqtisadiyyatı vә Tәşkili İn-tunda kiçik elmi işçi (1965–69), baş elmi işçi (1969–70), elmi katib (1970–72), şöbә müdiri (1972–85), 1985 ildәn Azәrb. Xalq Tәsәrrüfatı İn-tunda (indiki Azәrb. Dövlәt İqtisad Un-ti) dosent, kafedra müdiri işlәmişdir, 2001 ildәn isә iqtisadi tәhlil vә audit kafedrasının prof.-udur. Tәdqiqatları kapital qoyuluşu, әsas fondlardan istifadә vә elmi-texniki tәrәqqinin sәmәrәliliyinә hәsr edilmişdir. 350-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Bir sıra beynәlxalq konfrans vә simpoziumlarda iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Sahibkarlıq fәaliyyәtinin maliyyәlәşmәsinin nәzәri әsası. B., 2010.