ƏLİYEV Ramil Manaf oğlu (d.28.9.1953, Şәki ) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2008), prof. (2014). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1977). “Elm” nәşriyyatında böyük redaktor (1983–95), AMEAnın Milli Münasibәtlәr İn-tunda böyük elmi işçi (1995–2002) vә Folklor İn-tunda aparıcı elmi işçi (2002–11) işlәmişdir. 2011– 16 illәrdә Azәrb. Müәllimlәr İn-tunda kafedra müdiri, elmi işlәr üzrә prorektor vәzifәlәrindә çalışmış, 2016 ildәn Azәrb. Dövlәt Pedaqoji Un-tinin prof.-dur. Elmi tәdqiqatları, әsasәn, Azәrb. folklorşünaslığının nәzәri mәsәlәlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 20-yә qәdәr elmi әsәrin müәllifidir.
Əsәrlәri: Riyazi mifologiya. B., 2008; Türk mifoloji düşüncәsi vә onun epik transformasiyaları. B., 2014.