ƏLİYEV Ramiz Tağı oğlu (d.25.12.1937, Göyçay r-nunun Potu k.) – Azәrb. genetiki. Biologiya e.d. (1990), prof. (2012). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1961). Azәrb. SSR EA Genetika vә Seleksiya İn-tunda kiçik elmi işçi (1963) olmuş, 1982 ildәn hәmin in-tda laboratoriya müdiridir. Elmi fәaliyyәti bitkilәrin stress amillәrinә davamlılığının vә heterozis hadisәsinin molekulyar-genetik әsaslarının öyrәnilmәsinә hәsr edilmişdir. Bitkilәrin belә davamlılığının sәbәbi genetik sistemlәrin yenidәn qurulması nәticәsindә bәzi genlәrin ekspressiyasının sürәtlәnmәsi hesabına baş vermәsi müәyyәnlәşdirilmişdir. Heterozis bitki hibridlәrinin somatik hüceyrәlәrindә DNT-nin miqdarının artması faktını ilk dәfә Ə. aşkar etmişdir. Ə. 1993–2003 illәrdә Türkiyә un-tlәrindә pedaqoji fәaliyyәtlә mәşğul olmuşdur. 204 elmi әsәrin, o cümlәdәn 3 monoqrafiya vә 2 ixtiranın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Гeтерозис и нуклеиновые кислоты (M.A.Əlizadә ilә birlikdә). Б., 1982; Stress vә bitkilәrin adaptasiyası (M.Ə.Abbasov, V.R.Rәhimli ilә birlikdә). B., 2014; Молекулярно-генетические аспекты гетерозиса (A.Mәmmәdova ilә birlikdә), LAP LAMBERT, Academic Publishinq, Германия, 2015.