ƏLİYEV Rasim Hәsәn oğlu (d.16.7.1934, Gәncә) – Azәrb. memarı. Azәrb. SSR әmәkdar memarı (1979). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1982). H.Ə.Əliyevin oğludur. Azәrb. Politexnik İn-tunu bitirmişdir (1958). 1958–65 illәrdә (fasilәlәrlә) “Azәr dövlәtlayihә” İn-tunda fәaliyyәt göstәrmişdir. Sonralar Bakı ş. baş memarının birinci müavini (1965–74) vә baş memarı (1974–88) olmuşdur. Ə. Bakının vә resp.-nın digәr şәhәrlәrinin planlaşdırılması vә tikintisinә dair layihәlәrin [Bakıda yaşayış binaları, Resp. Nazirlәr Kabinetinin qonaq evi, metropolitenin “Xalqlar dostluğu” st. (müştәrәk layihә), Xırdalanda mәdәniyyәt sarayı, Quba ş.-nin mәrkәzi meydanı vә 600 yerlik mәdәniyyәt sarayı] müәllifidir. Heydәr Əliyev ad. Bakı Beynәlxalq vә Naxçıvan aeroportlarının, şәhәrin әsas parklarının, Azәrb.-nın Türkiyәdәki sәfirlik binasının layihәlәrini işlәmişdir. Naxçıvanda H.Cavidin mәqbәrәsi (mәrmәr, qranit 1996; heykәl-fiqurun müәllifi Ö.Eldarovdur) maraqlı hәcmmәkan kompozisiyası vә monumentallığı ilә fәrqlәnir. Ə. hәmçinin Bakıda bir sıra xatirә abidәlәrinin memarlıq layihәsini vermişdir (“R.Zorge”, heykәltәraş V.Y.Siqal; H.Cavidin abidәsi, heykәltәraş Ö.Eldarov vә s.). 1980–88 illәrdә Azәrb. Memarlar İttifaqının katibi olmuşdur. Azәrb. Memarlar İttifaqının vitse-prezidentidir. Azәrb. Resp.-nın “Şöhrәt”, “Şәrәf” vә “İstiqlal” ordenlәri ilә tәltif edilmişdir.
Р.Ялийев. Щцсейн Ъавидин мягбяряси (Ю.Елдаровла бирликдя). 1996. Нахчыван шящяри.