ƏLİYEV Sabir Ağakişi oğlu (10.3.1928, Bakı – 20.2.2005, Bakı) – Azәrb. geoloqu. Geologiya-mineralogiya e.d. (1989). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1951). 1954–58 illәrdә hәmin un-tdә assistent, dosent işlәmişdir. 1958 ildәn ömrünün sonunadәk Azәrb. SSR EA Geologiya İn-tunda baş elmi işçi vә laboratoriya rәhbәri (1968 ildәn) vәzifәlәrindә çalışmışdır. Elmi tәdqiqatları Cәnubi Xәzәr çökәkliyindә vә onun әtrafında geotermik sahәlәrin yayılması qanunauyğunluğunun, onların neftqazlılıqla әlaqәsinin öyrәnilmәsi, dәrinlik istiliyinin x.t.-nda istifadәsi, geotermik sahәlәrin ölçülmәsi üçün cihazların vә üsulların işlәnib-hazırlanması üzrәdir. 1989 ildә SSRİ EA Geotermik Tәdqiqatlar üzrә Elmi Şuranın üzvü, 2001 ildә Azәrb. Neftçi Geoloqları Cәmiyyәtinin Yer elmlәri bölmәsinin rәhbәri seçilmişdir. Bir sıra beynәl xalq vә resp. әhәmiyyәtli elmi forumların iştirakçısı olmuşdur. 120-yә yaxın elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i : Геотермическая карта Азербайджанской ССР. М 1:500000 (M.Qaşqayla birlikdә). М., 1965; Геотермические исследования нефтяных и газовых месторождений (Ş.F.Mehdiyev vә A.X. Mirzәcanzadә ilә birlikdә). М., 1971.