ƏLİYEV Sabir Ağalar oğlu (d.10.1.1936, Göyçay r-nu) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1975), prof. (1977). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1959). Hәmin ildәn Azәrb. SSR EA Fizika İn-tunda әmәk fәaliyyәtinә başlamış, laboratoriya müdiri, in-tun Kriogen korpusunun rәhbәri vәzifәlәrindә çalışmışdır (2000 ilәdәk). Tәdqiqatları darzolaqlı yarımkeçiricilәrdә köçürmә hadisәlәrinin, onlarda baş verәn termomaqnit, termoelektrik vә istilikkeçirmәnin araşdırılmasına vә yayılmış faza keçidi nәzәriyyәsinin yuxarı temp-rlu ifratkeçiricilәrә tәtbiqinә aiddir. 300-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.