ƏLİYEV Sabir Cahan oğlu (d.7.8.1944, Erm. SSR, Çәnbәrәk r-nunun Əmirxeyir k.) – Azәrb. patofizioloqu. Tibb e.d. (1992), prof. (1994). Azәrb. Resp.-nın әmәkdar müәllimi (2000) vә әmәkdar elm xadimi (2010). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1967). 1972 ildәn hәmin in-tun patoloji fiziologiya kafedrasında (2001 ildәn kafedra müdiri) işlәyir. Ə. 1999–2001 illәrdә Azәrb. Tibb Un-tinin 1-ci müalicә-profilaktika fakültәsinin dekanı olmuş, 2001 ildәn un-tin tәdris işlәri üzrә prorektorudur. Tәdqiqatları, әsasәn, patoloji şәraitdә limfanın element tәrkibinin dәyişikliklәrinin öyrәnilmәsinә hәsr edilmişdir. Ə. 310-dan çox elmi әsәrin, o cümlәdәn 4 dәrsliyin vә “Patoloji fiziologiya atlası” (2008; M. Əliyevlә birgә) elektron dәrsliyinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Микроэлементы и здоровье (C.H.Tәqdisi ilә birgә). М., 1983.