ƏLİYEV Sabir Hüseynәli oğlu (9.5.1928, Bakı – 26.10.1983, Bakı) – Azәrb. violon -çelçalanı. Azәrb. SSR xalq artisti (1972). Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1951). 1951–69 illәrdә Azәrb. Dövlәt Simli Kvarteti heyәtindә çıxış etmişdir. Kvartetin tәrkibindә Ümumittifaq festivalının (1957, Moskva), tәlәbә vә gәnclәrin 6-cı Ümum dünya festivalı beynәl xalq müsabiqәsinin (1957, Moskva) laureatı adlarına layiq görülmüşdür. Ə.-in repertuarına Azәrb., rus, Qәrbi Avropa bәstәkarlarının әsәrlәri daxildir. Azәrb. bәstәkarlarının violonçel әsәrlәrinin ilk ifaçılarındandır. 1951 ildәn Azәrb. Dövlәt Konservatoriyasında (indiki BMA) dәrs demişdir (1957 ildәn simli alәtlәr kafedrasının müdiri, 1972–83 illәrdә prof.). Musiqiçi kadrların hazırlanmasında xidmәti olmuşdur. Violonçeldә çalmağın metodikasına dair әsәrlәri var. Qırmızı Əmәk Bayrağı vә “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.