ƏLİYEV Saday Ağalar oğlu (d.1.7.1948, Hacıqabul r-nunun Navahı k.) – Azәrb. cәrrahı. Tibb e.d. (2003), prof. (2009). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1972). 1978 ildәn hәmin in-tun hospital cәrrahiyyә (indiki I cәrrahi xәstәliklәr) kafedrasında çalışır. Tәdqiqatları, әsasәn, bağırsağın cәrrahi xәstәliklәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 265 elmi әsәrin müәllifidir.
Ə s ә r l ә r i: Хирургия рака ободочной кишки, осложненного непроходимостью (диагностика и хирургическая тактика). Б., 1999; Kolorektal xәrçәng vә bağırsaq keçmәmәzliyi (diaqnostika, әmәliyyatönü hazırlıq, cәrrahi taktika, reabilitasiya). B., 2012.