ƏLİYEV Sahib Müseyib oğlu (15.3.1933, Gәdәbәy – 7.2.1990, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1965), prof. (1971). Azәrb. SSR EA akad. (1989; m. üzvü 1983). Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1953). Azәrb. SSR EA-nın Neft-Kimya Proseslәri İn-tunda kiçik, böyük elmi işçi (1959–69), laboratoriya vә şöbә müdiri (1969–90), elmi işlәr üzrә direktor müavini (1982–86) vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları aromatik karbohidrogenlәrin alkillәşmәsi, alkil, tsikloalkil aromatik karbohidrogenlәrin dehidrogenlәşmәsinin, homogen vә heterogen metal kompleks katalitik sistemlәrin iştirakı ilә alkenlәrin vә arilalkenlәrin oliqomerlәşmәsi, polimerlәşmәsi, izomerlәşmәsinin öyrәnilmәsi sahәsindәdir. 500-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.