ƏLİYEV Sarı Cәbrayıl oğlu (24.11.1936, Şәmkir r-nunun Keçili k. – 9.3.1993, Gәncә ş.) – Azәrb. aqronomu. K.t.e.d. (1983), prof. (1987). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1959). Şәmkir r-nunda aqronom (1959), Şәmkir rayon partiya komitәsindә tәlimatçı (1960–66), AKTİ-nin ümumi әkinçilik kafedrasında assistent (1967), dosent (1968) işlәmişdir. 1985 ildәn bitkiçilik kafedrasının müdiri, in-tun elmi işlәr üzrә prorektoru, 1992 ildә bitkiçilik kafedrasının müdiri olmuşdur. Tәdqiqatları Azәrb. şәraitindә şәkәr çuğunduru sortlarının morfoloji әlamәtlәrinin vә bir sıra fәrqli biol.-tәsәrrüfat xüsusiyyәtlәrinin öyrәnilmәsinә, ondan keyfiyyәtli toxum alınmasına hәsr edilmişdir. 100-әdәk elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.