ƏLİYEV Seyfәddin Vәli oğlu (d.30.5.1930, Nax. MR, Şәrur r-nunun Alışar k.) – Azәrb. entomoloqu. Biologiya e.d. (1977), prof. (1998). AMEA-nın m. üzvü (2001). 1946 ildә Naxçıvan Tibb Texnikumunu, 1951 ildә Azәrb. Dövlәt Pedaqojı İn-tunu bitirmişdir (1953). 1951–52 illәrdә Naxçıvan MSSR Maarif Nazirliyindә pedaqoji kabinetin müdiri, fәhlә-gәnclәr mәktәbindә müәllim olmuşdur. 1952 ildәn Azәrb. SSR EA-nın Zoologiya İn-tunda entomologiya laboratoriyasında kiçik elmi işçi, 1964 ildә baş elmi işçi, 1978–88 illәrdә laboratoriya vә şöbә müdiri vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları Azәrb.-da yayılan 716 sovka növünün aşkar edilmәsinә, bunlardan 319-u nun resp. 145-nin Cәnubi Qafqaz, 67 növünün isә keçmiş SSRİ әrazisi üçün yeni olduğunu sübut etmiş, bu növlәrin Azәrb.-da ekoloji-faunistik icmalını, biotoplar, ekoloji qruplar üzrә şaquli istiqamәtdә yayılmasını, formalaşmasını, zoocoğrafi analizini, qida әlaqәlәrini göstәrmiş, ilk dәfә olaraq 61 zәhәrli sovka növünün biol. xüsusiyyәtlәrinin öyrәnilmәsinә vә onlara qarşı mübarizә üsullarının elmi әsaslarının işlәnib-hazırlanmasına hәsr edilmişdir. Pambığa zәrәr verәn 21 növ parazit, 12 növ yırtıcı cücü aşkar etmiş, onların pambıqçılıq r-nlarında yayılmasını, hәmçinin texniki vә bostan bitkilәrinin zәrәrvericilәrini әks etdirәn xәritәlәr tәrtib etmişdir. 160-dan çox elmi әsәrin, o cümlәdәn bir neçә dәrsliyin vә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Azәrbaycan sovkaları (Lepidoptera, Noctyidae). B., 1984; Cücülәrlә qidalanan bitkilәr, mikroorqanizmlәr vә onurğalı heyvanlar. B., 2011.