ƏLİYEV Sәfiyar Mәmmәd oğlu (1.5.1942, Erm. SSR, Sisyan r-nunun Dәstәgird k. – 12.8.1997, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1991). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1965). Azәrb. SSR EA Aşqarlar Kimyası İn-tunda mühәndis, kiçik, böyük elmi işçi vәzifәlәrindә işlәmiş (1968–87), laboratoriya müdiri olmuşdur (1987–97). Tәdqiqatları tәrkibindә azot vә kükürd saxlayan üzvi birlәşmәlәrin sintezi vә onların sürtkü yağlarına, yanacaqlara vә soyuducu yağlayıcı mayelәrә aşqar kimi tәtbiqinin öyrәnilmәsinә hәsr edilmişdir. 110-adәk elmi әsәrin müәllifidir.