ƏLİYEV Soltan Əli oğlu (d.10.7.1953, Nax. MR, Culfa r-nunun Ayaqkәnd k.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (2007), prof. (2014). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1975). 1976 ildәn Azәrb. SSR EA Kibernetika İn-tunda fәaliyyәtә başlamışdır. 1979 ildәn Azәrb. SSR EA Riyaziyyat vә Mexanika İn-tunda çalışır, 2002 ildәn elmi işlәr üzrә direktor müavinidir. Elmi tәdqiqatları bәzi şaxәlәnәn tәsadüfi proseslәr siniflәrinin stoxastik analizinә aiddir. Müxtәlif sinfә aid eynitipli vә çoxtipli şaxәlәnәn proseslәr üçün keçid hadisәlәri әsasında limit teoremlәri alınmış, bu proseslәr üçün sәrhәd mәsәlәlәri öyrәnilmişdir.160-dan çox elmi әsәrin vә 2 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Limit theorems and transitional phenomena in the theory of branching processes. Mathematical Studies, Monograph Series, XIV, VNTL Publishers (Y.İ.Yeleyko, İ.B.Bazylevychlә birlikdә), 2010; Mathematical concepts for mechanical engineering design, Apple Academic Press (K.H.Asli, H.Sahlehlә birlikdә), USA, 2013.