ƏLİYEV Spartak Əsgәr oğlu (14.5.1930, Türk. SSR, Bayramәli ş. – 2008) – Azәrb. torpaqşünası, alim-aqronom. K.t.e.d. (1964). Azәrb. SSR EA-nın m. üzvü (1976). SSRİ Dövlәt mükafatı laureatı (1980; V.R.Volobuyevlә birlikdә). K.A.Timiryazev ad. Moskva Kәnd Tәsәrrüfatı Akademiyasını bitirmişdir (1954). Azәrb. SSR EA Torpaqşünaslıq vә Aqrokimya İn-tunda kiçik elmi işçi (1957–67), laboratoriya müdiri (1967–79) olmuş, 1979–83 illәrdә hәmin in-tun direktoru işlәmişdir. Tәdqiqatları, әsasәn, torpaqda humuslaşma vә humus turşularının әmәlәgәlmә mexanizminә, onların element tәrkibinә, struktur fraqmentlәrinә vә balansına, hidrolizinә, oksidlәşmәsindәn sonra alınan mәhsullara aiddir. Humus maddәlәrinin oksidlәşmә dәrәcәsini vә müxtәlif qrupa mәnsub humus turşularının yanma istiliyini dәqiq hesablayan ilk alimdir. Humus turşularında H:C vә O:C nisbәtlәrinә dair araşdırmalar aparmışdır. Torpaqda üzvi maddәlәrin ekologiyasının, fermentativ proseslәrin termodinami kasının, onun paramaqnit xassәlәrinin öyrәnilmәsindә, torpaqşünaslıqda yeni istiqamәt olan torpaq әmәlә gәlmә energetikasının elmi әsaslarının işlәnmәsindә Ə.-in xidmәti böyükdür.
Ə s ә r l ә r i: Azәrbaycan torpaqlarının üzvi maddәlәri vә münbitliyi. B., 1964; Условия накопления и природа органического вещества почв. Б., 1966; Экология и энергетика биохимических процессов превращения органического вещества почв. Б., 1978.