ƏLİYEV Şahin Hәşim oğlu (d.5.5.1962, Bakı) – Azәrb. tibb alimi, proktoloq. Tibb e.d. (2008). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1985). Ə.Əliyev ad. Azәrb. Hәkimlәri Tәkmillәşdirmә İn-tunun cәrrahiyyә klinikasında hәkim (1986–92), şöbә müdiri (1992–98), baş hәkim (1998–2005), 2005 ildәn proktologiya (2009 ildәn ümumi cәrrahiyyә II adlanır) kafedrasının müdiri vә eyni zamanda in-tun prorektorudur (2013 ildәn). Tәdqiqatları, әsasәn, proktoloji xәstәliklәrin diaqnostikası vә müalicәsi problemlәrinә hәsr edilmişdir. 40-dan çox elmi әsәrin müәllifidir.