ƏLİYEV Şıxbala Əbülfәz oğlu (28.3.1910, Bakı yaxınlığındakı Binәqәdi k. – 9.7.1960, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1942), prof. (1944). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1930). Azәrb.-da neftkimya elminin әsasını qoyan görkәmli alimlәrdәn biridir. 1930–41 illәrdә elmi tәdqiqat vә tәhsil müәssisәlәrindә müxtәlif vәzifәlәrdә işlәmiş, SSRİ EA Azәrb. Filialının Kimya İn-tunda direktor (1941–43), Azәrb. Pedoqoji İn-tunda kafedra müdiri (1943–47), Azәrb. SSR EA-nın Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda laboratoriya müdiri (1950–60) olmuşdur. Tәdqiqatları neft mәhsullarının termiki krekinq vә pirolizindәn bir sıra mәhsulların alınması sahәsinә aiddir. 70-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.