ƏLİYEV Şikar Abbas oğlu (15.1.1936, Kәlbәcәr r-nunun Yanşaq k. – 29.6.2013, Gәncә ş.) – Azәrb. aqronomu. K.t.e.d. (1976), prof. (1977). Azәrb. Resp. әmәkdar müәllimi (2011). 1958 ildә Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir. Hәmin in-tda meyvә-tәrәvәzçilik kafedrasında baş laborant, assistent (1959), dosent (1966), dekan (1976–83), kafedra müdiri (1983–97), kafedrada prof. (1997–2012), 2012 ildәn bağçılıq kafedrasının prof.-u olmuşdur. Tәdqiqatları hibridlәşmә, seleksiya seçmәlәri nәticәsindә tәrәvәz sortları yaratmaqla 100-dәn çox yabanı tәrәvәz bitkisinin toplanıb öyrәnilmәsinә, perspektiv sayılanların mәdәnilәşdirilmәsinә vә ilk sort növlәrinin yaradılmasına, resp.-da bostan-tәrәvәz bitkilәrinin genetik ehtiyatlarının öyrәnilmәsinә vә pasportlaşdırılmasına hәsr edilmişdir. 200-dәn çox elmi әsәrin, o cümlәdәn 2 dәrslik, 10-dәk dәrs vәsaiti, 35 ixtiranın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.