ƏLİYEV Tahir Əli oğlu (5.1.1937, Gәncә – 1.2.2006, Gәncә) – Azәrb. aqrokimyaçısı. Biologiya e.d. (1989), prof. (1991). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1959). İndiki Beylәqan r-nundakı pambıqçılıq s-zunda aqronom (1959–61), AKTİ-dә aqrokimya kafedrasında assistent, dosent (1963–70), 1991 ildәn prof., 1997–2002 illәrdә hәmin kafedranın müdiri olmuşdur. Tәdqiqatları, әsasәn, qış otlaqlarına kalium gübrәlәrinin tәtbiqinә, müxtәlif torpaq tiplәrindә suvarma şәraitindә yemlik şәkәr çuğundurunun gübrәlәnmәsinә hәsr
edilmişdir. 125-әdәk elmi әsәrin, 7 sәmәrәlәşdirici tәklifin, dәrslik vә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.