ƏLİYEV Tamerlan Əziz oğlu (3.10.1921, Nax. MR, indiki Kәngәrli r-nunun Şahtaxtı k. – 7.4.1997, Bakı) – Azәrb. terapevti, endokrinoloq. Tibb e.d. (1969), prof. (1970), Azәrb. SSR әmәkdar elm xadimi (1981). Azәrb. SSR Dövlәt mükafatı laureatı. Ə.M.Əliyevin oğludur. Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-tini) bitirmişdir (1944). Hәmin vaxtdan ömrünün sonunadәk Azәrb. Tibb Un-tinin mikrobiologiya, 1945 ildәn daxili xәstәliklәr kafedrasında işlәmişdir (1970–90 illәrdә kafedra müdiri). Tәdqiqatları, әsasәn, en dokrin vә ürәk-damar sisteminin patologiyasının öyrәnilmәsinә hәsr edilmişdir. Onun tәşәbbüsü ilә Bakı ş. 4№-li xәstәxanada 90 çarpayılıq endokrinoloji şöbә yaradılmışdır. 250-dәn çox elmi әsәrin, 12 monoqrafiya, dәrslik vә dәrs vәsaitlәrinin, ixtiraların, sәmәrәlәşdirici tәkliflәrin müәllifidir. Resp. Sәhiyyә Nazirliyinin baş terapevti olmuşdur. Ə. xarici ölkәlәrdә keçirilmiş elmi simpozium vә toplantılarda mәruzәlәrlә çıxış etmişdir. “Şәrәf nişanı” ordeni vә SSRİ Xalq Tәsәrrüfatı Nailiyyәtlәri Sәrgisinin Qızıl medalı ilә tәltif olunmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Всё о сахарном диабете. М., 1974; Biokimyәvi müayinә üsulları vә onların kliniki әhәmiyyәti. B., 1979; Сахарный диабет (A.M.Abdullayevlә birgә). Б., 1980; Нарушение углеводного обмена и ищемическая болезнь сердца (R.Q.Oqanovla birgә). B., 1983; Кровобращение и его регуляция при СД (M.Q. Qlezer, N.P. Moskalenko ilә birgә). В., 1985.