ƏLİYEV Telman Abbas oğlu (d. 2.5.1935, indiki Goranboy r-nu, Dәlimәmmәdli ş.) – avtomatika vә hesablama texnikası sahәsindә Azәrb. alimi, texnika e.d. (1977), prof. (1985), AMEA-nın akad. (2001; m. üzv 1983). Azәrb. Resp. әmәkdar elm xadimi (2009). Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1958). 1958 ildәn Azәrb. SSR EA Kibernetika İn-tunda (indiki AMEA İdarәetmә Sistemlәri İn-tu) texnik, mühәndis, baş mühәndis, direktor müavini vәzifәlәrindә çalışmışdır. 1988 ildәn hәmin in-tun direktorudur. Ə. 1984 ildәn Azәrb. İnşaat Mühәndislәri İn-tunda (indiki AMİU) pedaqoji fәaliyyәtlә mәşğul olur, kafedra müdiridir. Tәdqiqatları çox kanallı informasiya-ölçmә, avtomatik nәzarәt sistemlәrinә, texniki obyektlәrin tәcrübi üsullarla tәdqiqinin avtomatlaşdırılmasına, elmi cihazqayırmaya, o cümlәdәn küylü siqnalların robast korrelyasiya vә spektral analizi nәzәriyyәsi vә texnologiyasına, әngәl monitorinqi sistemi vә texnologi yasına vә s. aiddir. Azәrb. Milli Ensiklopediyası redaksiya heyәtinin üzvüdür. Bir sıra beynәlxalq elmi konfranslarda mәruzәlәr etmişdir. 350-dәn çox elmi әsәrin, o cümlәdәn 21 monoqrafiyanın müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur. Yüksәkixtisaslı elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Экспериментальный анализ. Машиностроение. М., 1991; Robust Technology with Analysis of Interference in Signal Processing. Kluwer Academic/Plenum Publishers. New-York, 2003; Noise мониторинг аварии. Palmarium academic publishing, 2016.