ƏLİYEV Tәbriz Nәsib oğlu (d.1.6.1947, Füzuli r-nunun Əhmәdbәyli k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1993), prof. (2000). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1970). Əhaliyә Mәişәt Xidmәti Nazirliyinin Layihә-konstruktor Texnoloji İn-tunda şöbә müdiri (1974–79) vә istehsalat idarәsinin rәisi (1979–80), Azәrb. Neft vә Kimya İn-tunda baş müәllim vә dosent (1980–86), “Azәrbmәişәt texnologiya” EİB-dә baş direktor (1986–97), Azәrb. Dövlәt Neft Akademiyasında (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Un-ti) prof. (1996) vә neft emalı, neft-kimya sahәlәrinin iqtisadiyyatı vә menecment kafedrasının müdiri (1997–2011), AMEA-nın Elmi İnnovasiyalar Mәrkәzindә elmi işlәr üzrә direktor müavini (2011–12) olmuş, 2012 ildәn Elmi İnnovasiyalar Mәrkәzinin nәzdindәki Tәhsil-Tәdris Mәrkәzinin direktoru vәzifәsindә çalışır. Elmi tәdqiqatları iqtisadi informasiyanın hәcminin idarәetmә funksiyaları üzrә tәyin edilmәsinin riyazi modeli; idarәetmә xәrclәrinin tәkmillәşdirilmiş strukturu, istehsalın son nәticәsindәn asılı olaraq әmәyin keyfiyyәtinin qiymәtlәndirilmәsi sistemi; idarә etmәnin tәşkilinin sosial sәmәrәliliyinin müәyyәnlәşdirilmә vә mәqsәdli sistem yanaşılma әsasında müvafiq sәnaye müәssisәlәrinin mövcud idarәetmә sisteminin sәmәrәliliyinin kompleks qiymәtlәndirilmәsi metodikalarına hәsr edilmişdir. 238-ә yaxın elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Marketinqin tәşkili vә idarә olunması. B., 2004.