ƏLİYEV Tofiq Abbasәli oğlu (d.25.3. 1951, Naxçıvan ş.) – Azәrb. kimyaçısı, kimya üzrә e.d. (2012), AMEA-nın m. üzvü (2017). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1973). 1974–99 illәrdә Naxçıvan Dövlәt Un-tindә müxtәlif vәzifәlәrdә çalışmış, 1999 ildәn kafedra müdiridir. Tәdqiqatları neft vә qaz sәnayesindә istismar olunan metal avadanlıqların korroziya, abraziv vә mikrobioloji dağılmadan inhibitorla mühafizә probleminә hәsr olunmuşdur. 120-dәn çox elmi vә elmimetodik әsәrin, o cümlәdәn bir dәrsliyin vә dörd dәrs vәsaitinin müәllifidir.