ƏLİYEV Tofiq Mәmmәd oğlu (1.6.1928, indiki Gәncә – 6.11.1993, Bakı) – informasiya-ölçmә, hesablama texnikası sahәsindә Azәrb. alimi, texnika e.d. (1967), AMEA-nın akad. (1989; m. üzvü 1980). SSRİ Dövlәt mükafatı laureatı (1969, 1983), Azәrb. SSR Dövlәt mükafatı laureatı (1974). Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1951). 1959–72 illәrdә “Neftkimyaavtomat” Elmi Tәdqiqat vә Layihә İn-tunun elmi işlәr üzrә direktor müavini olmuşdur. Azәrb. Neft vә Kimya İn-tunda kafedra müdiri (1972–93), prorektor, rektor (1989–93) vәzifәlәrindә çalışmışdır. Ə. uzun müddәt SSRİ EA-nın “İnformasiya proseslәri vә sistemlәri” üzrә Elmi Şuranın vә “SSRİ Neft sәnayesi elmi- texniki şurası”nın üzvü, Azәrb. SSR EA- nın “Mәlumat-ölçmә sistemlәri” üzrә elmi şuranın sәdri, namizәdlik vә doktorluq dissertasiyalarının müdafiәsi üzrә ixtisaslaşdırılmış elmi şuraların sәdri, “Neft vә qaz” jurnalı redaksiya heyәtinin üzvü vә redaktoru olmuşdur. Tәdqiqatları ölçmә nәzәriyyәsinә vә ölçmә-hesablama komplekslәrinә, neft mәdәnlәrinin avtomatlaşdırılması üçün kompleks sistemlәrin yaradılması vә tәtbiqinә aiddir. Bir sıra beynәlxalq elmi konqres, simpozium vә konfransda mәruzәlәr etmişdir. 300-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiya vә dәrsliklәrin müәllifidir. “Şәrәf nişanı” ordeni vә SSRİ EA-nın Qubkin ad. mükafatı ilә tәltif edilmişdir. Yüksәkixtisaslı elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.
Ə s ә r l ә r i: Информационные системы в нефтяной промышленности (hәmmüәllif). М., 1972; Автоматическая коррекция погрешностей цифровых измерительных приборов (L.R.Seydellә birlikdә). М., 1975; Автокомпенсационные измерительные устройства переменного тока (hәmmüәllif). М., 1977.