ƏLİYEV Vahab Sәfәr oğlu (20.6.1908, Bakı yaxınlığındakı Saray k. – 2.8.1993, Bakı) – Azәrb. kimyaçısı, texnika e.d. (1961), prof. (1962), Azәrb. SSR EA akad. (1968; m. üzvü 1962). SSRİ Dövlәt mükafatı laureatı (1948), Azәrb. SSR Dövlәt mükafatı laureatı (1976; 1982), Azәrb. SSR әmәkdar elm vә texnika xadimi (1964). İ.Qubkin ad. Moskva Neft İn-tunu bitirmişdir (1934). Bakı Krekinq Z-dunda texniki şöbәsinin rәisi (1938–40), baş mühәndisi (1942–45), “Azәrneft” Z-dlar Birliyindә baş mühәndis (1946–50), Azәrb. Elmi Tәdqiqat Neft Emalı İn-tunun direktoru (1951–59), sonra hәmin in-t әsasında yaradılmış Neft-Kimya Proseslәri İn-tunun direktor müavini (1959–62), direktoru (1962–87), direktorun mәslәhәtçisi (1987–93) vәzifәlәrindә işlәmişdir. 1959 ildәn ömrünün sonunadәk neft emalının termiki vә katalitik proseslәri laboratoriyasının müdiri olmuşdur. Tәdqiqatları katalitik krekinq vә termokontakt piroliz proseslәri üçün “qaynar lay”da yüksәkeffektivli texnoloji üsulların işlәnib hazırlanmasına, kiçikmolekullu karbohidrogenlәrin katalitik dehidrogenlәşmәsinin öyrәnilmәsinә hәsr edilmişdir. 400-dәn çox elmi әsәrin, o cümlәdәn 5 monoqrafiyanın müәllifidir. Lenin ordeni ilә tәltif edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.
Əsәrlәri: Иследование в области каталитической и термоконтактной переработки тяжелого нефтяного сырья (Н.В.Altmanla birlikdә). АН Аз. ССР, 1961; Каталитический крекинг в кипящем слое катализатора (N.М.İndukova, С.А.Yefimova, M.A.Qonçarova, İ.İ.Sidorçukla birlikdә). АН Аз.ССР, 1962.