ƏLİYEV Vaqif Əliheydәr oğlu (19.9. 1939, Bakı yaxınlığındakı Sabunçu qәs. –8.6.2001, Sumqayıt) – Azәrb. gigiyenisti. Tibb e.d. (1983), prof. (1985). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1964). 1966 ildәn hәmin in-tun uşaq vә yeniyetmәlәr gigiyenası vә әmәk gigiyenası kafedrasında assistent, baş müәllim, dosent, prof. (1985–92, 1998–2000) vә müdir (1992–98) vәzifәlәrindә işlәmişdir. Azәrb.-da ilk dәfә Ə. sitokimyәvi müayinәlәrin gigiyenaya geniş tәtbiqi ilә mәşğul olmuşdur. Tәdqiqatları, әsasәn, istehsalat şәraitindә toksik amillәrlә tәmasda olan yeniyetmә orqanizminin adaptasiya mexanizmlәrindә hüceyrәnin müxtәlif ferment sistemlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. Apardığı tәdqiqatlar әsasında Azәrb. populyasiyası üçün uşaq vә yeniyetmәlәrin yaşa vә cinsә görә fiziki inkişaf normativlәrini işlәyib hazırlamışdır. 100-dәn çox elmi әsәrin müәllifidir.
Əsәrlәri: Биологическое развитие детского населения Азербайджана. Б., 1997; Клеточные механизмы действия углеводородов нефти на молодой организм. Б., 1998; Социально-экологические факторы, формирующие здоровье детей Апшеронского полуострова. Б., 1998.