ƏLİYEV Vaqif Mәzahir oğlu (d.31.7. 1940, Bakı) – Azәrb. aktyoru. Azәrb. Resp. xalq artisti (2002). Azәrb. Teatr İn-tunu bitirmişdir (1968, R.Tәhmasibin sinfini). 1968–2000 illәrdә H.Ərәblinski ad. Sumqayıt Dövlәt Dram Teatrının aktyoru olmuşdur. Əsas rolları: xan (“Lәnkәran xanının vәziri”, M.F. Axundzadә), Mәhәrrәm (“Müsibәti-Fәxrәddin”, N.Vәzirov), Əbdülәli bәy, Şәrif, Əbdül (“Sevil”, “Almaz”, “Solğun çiçәklәr”, C.Cabbarlı), Pәrviz (“Sәn nә üçün yaşayırsan?”, İ.Qasımov vә H.Seyidbәyli), Xasay kişi (“Qınamayın mәni”, Şamo Arif), Dobçinski (“Müfәttiş”, N.Qoqol), Yıldırım (“Uçurum”, H.Cavid) vә b. 2000 ildәn Bakı Bәlәdiyyә Teatrında fәaliyyәt göstәrir. Əsas rolları: Mәşәdi Oruc (“Ölülәr”, C.Mәmmәdquluzadә), Şaman (“Dәli Domrul”, A.Mәmmәdov), Şövqü (“Dönüş”, C.Cabbarlı), kәndli (“Nadir şah”, N.Nәrimanov), Qazabaxan (“Tәnha qadınlar”, Ə.Nesin), Qәzәnfәr (“Oğul”, A.Babayev), Kar (“Damokl qılıncı”, N.Hikmәt), Xaxam (“İblis”, H.Cavid) vә b.