ƏLİYEV Vasif İsmayıl oğlu (7.11.1929, Naxçıvan ş. – 25.1.1982, Bakı) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1976), prof. (1977). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1952). Azәrb. SSR EA Geologiya İn-tunda elmi vә baş elmi işçi (1952–72), Azәrb. Dövlәt Un-tindә dosent vә prof. (1972–78), kafedra müdiri (1978) olmuşdur. Ə. filiz yataqlarının geologiyası, mineralogiyası vә geokimyasına, metallogeniyaya, xüsusilә Çıraqdәrәsi–Toğanalı filiz sahәsinin filizәtrafı dәyişilmәlәrinә vә kolçedan filizlәrinin struktur-tekstur xüsusiyyәtlәrinә, Kiçik Qafqazın (Azәrb. hissәsi) kolçedan-filiz formasiyasına dair tәdqiqatlar aparmış, habelә Kiçik Qafqazın kolçedan yataqlarının genezisini, Tutqun çayı (Kәlbәcәr r-nu) hövzәsindәki qızıl yatağının әmәlәgәlmә şәraitini, mineralogiya vә geokimyasını, Daşkәsәn skarn-maqnetit yatağı filizlәrinin teksturstruktur xüsusiyyәtlәrini öyrәnmişdir. 80dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Əsәrlәr i: Околорудные гидротермальнометасоматические измерения в Чирагидзор–Тоганалинском рудном поле. Б., 1965; Петрология и металлогения магматических пород бассейна реки Тутгун. Б., 1967.