ƏLİYEV Vәli Hüseyn oğlu (d.20.7.1936, Şәki r-nunun Daşbulaq k.) – Azәrb. arxeoloqu, tarix e.d. (1984), prof. (1994), AMEA-nın m.üzvü (2003). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1959). AMEA Arxeologiya vә Etnoqrafiya İn-tunun Tunc vә Erkәn Dәmir dövrü şöbәsinin müdiri (1990 ildәn), ADPU-nun ümumi tarix kafedrasının müdiridir (1997 ildәn).
Əsas tәdqiqat sahәsi e.ә. 4–3-cü minilliklәrdә geniş yayılmış Kür-Araz mәdәniyyәti, e.ә. 2–1-ci minilliklәri әhatә edәn qәdim şәhәr mәdәniyyәti, Orta Tunc dövrü Boyalı qablar mәdәniyyәti, Son Tunc – Erkәn Dәmir dövrü mәdәniyyәtlәri, Cәnubi Azәrb.-ın Tunc dövrü mәdәniyyәtlәri, qәdim tayfa ittifaqlarının tәkamülü, qayaüstü tәsvirlәr vә s.-dir. Naxçıvan MR-in maddi mәdәniyyәt abidәlәrinin әsas tәdqiqatçısı vә Naxçıvan arxeoloji ekspedisiyasının rәhbәridir. 200-dәn çox elmi әsәrin, bir neçә monoqrafiyanın müәllifdir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Tarixin izlәri ilә. B., 1975; Azәrbaycan Tunc dövrünün boyalı qablar mәdәniyyәti. B., 1977; Культура эпохи средней бронзы Азербайджана. Б., 1998; Naxçıvanın Qәdim qala şәhәrlәri. B., 2012.