ƏLİYEV Vidadi Əli oğlu (d.20.10.1961, Bakı) – Azәrb.-ın hәrbi xadimi, gen.-m. (2005). Azәrb. Dövlәt Pedaqoji İn-tunun riyaziyyat fakültәsini (1983), Belorusiya Hәrbi Dairәsi tәrkibindә zabit hazırlığı kursunu (1985), Bakı Ali Hәrbi Dәnizçilik Mәktәbinin hәrbi hüquqşünaslıq fakültәsini (1999), Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasının Strateji Tәdqiqatlar vә Dövlәt Müdafiәsini İdarәetmә Akademik kursunu (2005) bitirmişdir. Müdafiә Sәnayesinin “İskra” z-dunda mühәndis, “Coğrafi Fiziki Cihazqayırma” Birliyindә mühәndis-quraşdırıcı vәzifәlәrindә (1985–92) işlәmişdir. Azәrb. Resp. Müdafiә Nazirliyinin tәrkibindә tabor komandirinin tәrbiyә işlәri üzrә müavini, alay komandirinin şәxsi heyәt üzrә müavini, briqada komandirinin tәrbiyә işlәri üzrә müavini vәzifәlәrindә xidmәt etmişdir (1992–2004). 2004 ildәn Daxili İşlәr Nazirliyinin Daxili Qoşunlar komandanının müavini, Şәxsi heyәt üzrә İdarәnin rәisidir.