ƏLİYEV Vilayәt Hüseyn oğlu (d.23.8. 1938, Şәki r.-nunun Daşbulaq k.) – Azәrb. filoloqu, türkoloq, dilçi alim, filologiya e.d. (1990), prof. (1992). Azәrb. Resp. әmәkdar müәllimi (2006). Şәki Pedaqoji Texnikumunu (1955) vә Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki Azәrb. Dövlәt Pedaqoji Un-ti; 1962) bitirmişdir. Müәllim (1955–62), Azәrb. SSR EA-nın Dilçilik İn-tunda elmi işçi (1962–67), Azәrb. Pedaqoji Dillәr İn-tunda (1967–70) vә Naxçıvan Dövlәt Pedoqoji İn-tunda (1972–77) müәllim-dosent, Azәrb. Dövlәt Pedaqoji İn- tunda dosent (1977–1992), Müasir Azәrbaycan dili kafedrasının prof.-u (1992) işlәmiş, 1997 ildәn un-tin elmi işlәr üzrә prorektorudur. Tәdqiqatları türk dillәrinin müqayisәli tәdqiqinә hәsr edilmişdir. 300- dәn çox elmi әsәrin, bir neçә dәrsliyin müәllifidir.