ƏLİYEV Vüqar Əmir oğlu (d.28.8.1955, Gürc. SSR, Qardabani r-nunun Soğanaq k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1998). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1976). 1980 ildәn Azәrb. SSR EA Fizika İn-tunda fәaliyyәtә başlamış, 2003 ildәn in- tun aparıcı elmi işçisidir. Elmi işlәri yarımkeçiricilәrdә vә bәrk cisimlәrdә elektrik, optik vә fotoelektrik hadisәlәrinin tәdqiqinә aiddir. 100-dәn çox elmi әsәrin müәllifidir. 2007 ildә Azәrbaycan, Gürcüstan vә Rusiya alimlәrindәn ibarәt beynәlxalq elmi qrupun (A.Paşayev, V.Əliyev, O.Davaraşvili, M.Yenukaşvili vә V.Zlomanov) tәrkibindә “Eyni vaxtda Fermi sәviyyәsinin stabillәşdirilmәsi vә elastik xassәlәrin modifikasiyası ilә A4 B6 tipli darzonalı yarımkeçiricilәrin dielektrik halına keçmәsi arasında qanunauyğun әlaqә” adlı kәşfinә görә ona 340 saylı Kәşf Diplomu verilmiş vә R.L.Kapitsa ad. Qızıl medalla tәltif olunmuşdur.