ƏLİYEV Yavәr Yaqub oğlu (27.6.1956, Bakı – 29.2.1992, Bakı) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 14.9.1992). Kremençuq Aviasiya Mәktәbini vә Kiyev Aviasiya İn-tunu bitirmişdir (1989). 1977 ildә Zabrat Hava Limanında Aviasiya Müәssisәsindә – әvvәl Mİ-4, Mİ-2 helikopterlәrinә pilot, sonra Mİ-8 helikopterinә 2-ci pilot, daha sonra komandir tәyin edilmişdi. Milli ordu yarananda kapitan rütbәsi ilә әlahiddә helikopter eskadrilyasının komandiri tәyin olunmuş, “Ən yaxşı tәyyarәçi” fәxri adına layiq görülmüşdü. Ə.-in başçılıq etdiyi helikopter dәstәsi Ağdam–Yuxarı Qarabağ hava körpüsünün yaranmasında vә fasilәsiz işlәmәsindә xidmәt göstәrmiş, on minlәrlә dinc әhalinin tәhlükәsiz yerә çıxarılmasını tәmin etmişdir. MDB hәrbi hissәlәrindәn respublikamıza bir neçә Mİ-24 döyüş helikopterin göndәrilmәsindә fәallıq göstәrmiş Ə. bu helikopterlәrlә bir neçә dәfә Qarabağa uçuşlar etmiş, düşmәn mövqelәrinә ağır zәrbәlәr endirmişdi. Ekipaj yoldaşları S.Senyuşkin vә Z.Yusifov ilә tәlim uçuşu zamanı faciәli surәtdә hәlak olmuşdur. Bakıda, Şәhidlәr Xiyabanında dәfn edilmişdir. Bakı vә Qobustanda adına mәktәb var.