ƏLİYEV Zakir Mәmmәd oğlu (d.7.6. 1944, indiki Goranboy r-nu, Dәlimәmmәdli ş.) – Azәrb. tibb alimi, nevropatoloq. Tibb e.d. (1987), prof. (1989). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-tini) bitirmişdir (1966). 1972 ildәn Azәrb. Tibb Un-tinin pediatriya fakültәsinin sinir xәstәliklәri kursunda assistent, 1977–89 illәrdә II nevrologiya vә tibbi genetika kafedrasında dosent, 1989–92 illәrdә prof., 1992–2011 illәrәdә uşaq nevrologiyası kafedrasında müdir işlәmişdir, 2012 ildәn nevrologiya vә tibbi genetika kafedrasının prof.-dur. Tәdqiqatları, әsasәn, uşaqlarda sinir sisteminin perinatal zәdәlәnmәlәrinin dinamikası vә müalicәsinә, neyroplastikliyin klinik variasiyalarına hәsr edilmişdir. 85 elmi әsәrin müәllifidir.
Əsәri: Гипоксия мозга (T.Qәdirova, Ə.Mirsakulova, F.Axundova ilә birgә). Б., 1986.