ƏLİYEV Zәfәr Nadir oğlu (d.20.1.1972, Naxçıvan ş.) – Azәrb. tibb alimi, psixiatr. Tibb üzrә e.d. (2009). Azәrb. Tibb Un-tini bitirmişdir (1995). Bakı ş. 2 saylı kliniki psixiatriya xәstәxanasında (1995–2002), Resp. Narkoloji dispanserindә (2002–08) psixiatr işlәmişdir. 2008 ildәn Azәrb Tibb Un-tinin psixiatriya kafedrasında işlәyir. Tәdqiqatları, әsasәn, alkoqol psixozlarının öyrәnilmәsinә hәsr edilmişdir. 92 elmi әsәrin müәllifidir.