ƏLİYEV Ziyatxan Seyfәddin oğlu (d.8.3. 1965, Gürc. Resp., Qardabani r-nunun Qaracalar k.) – riyaziyyat üzrә e.d. (2013). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1986). Əmәk fәaliyyәtinә Kosmik Tәdqiqatlar Elm İB-ndә başlamış (1986–88), 1990–2013 illәrdә BDU- nun riyazi analiz kafedrasında assistent, baş müәllim, dosent, 2014 ildәn prof., eyni zamanda AMEA-nın Riyaziyyat vә Mexanika İn-tunda baş elmi işçi vәzifәsindә çalışır. Elmi fәaliyyәti xәtti vә qeyri-xәtti operatorlar nәzәriyyәsinin spektral mәsәlәlәrinin tәdqiqinә hәsr olunmuşdur. 80-dәn çox elmi әsәrin müәllifidir.