ƏLİYEVA Dilarә Əlәkbәr qızı (14.12. 1929, Tiflis – 20.4.1991, Bakı) – Azәrb. әdәbiyyatşünası, tәrcümәçi. Filologiya e.d (1985). Azәrb. Dövlәt Un-tinin şәrqşünaslıq fakültәsini bitirmişdir (1950). Azәrb. SSR EA Nizami ad. Dil vә Ədәbiyyat İn- tunda kiçik elmi işçi (1957–59), Nizami ad. Ədәbiyyat Muzeyindә baş elmi işçi, “Qәdim vә orta әsrlәr әdәbiyyatı” şöbәsinin müdiri (1959–72), 1972–86 illәrdә Azәrb. SSR EA Nizami ad. Ədәbiyyat İn- tunda böyük elmi işçi, 1986 ildәn hәmin in-tda әdәbi әlaqәlәr şöbәsinin aparıcı elmi işçisi olmuşdur. Əsas tәdqiqatları Azәrb. vә gürcü әdәbi әlaqәlәrinә aiddir. Azәrbaycan–Gürcüstan mәdәni әlaqәlәrinin inkişafında xidmәti vardır. Azәrb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Adına Bakı ş.-ndә küçә var. Avtomobil qәzasında faciәli şәkildә hәlak olmuşdur.
Əsәrlәri: Azәrbaycan-gürcü әdәbi әlaqәlәri tarixindәn. B., 1958; Ürәk bir, dilәk bir. B., 1981.