ƏLİYEVA Elida Böyükağa qızı (2.10. 1946, Bakı – 11.6.2002, Bakı) – Azәrb. tibb alimi, mama-ginekoloq. Tibb e.d. (1992). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1970). Ə.Əliyev ad. Azәrb. Hәkimlәri Tәkmillәşdirmә İn-tunun mama vә ginekologiya kafedrasında işlәmişdir (1981–2002). Tәdqiqatları yumurtalıqların polikistoz sindromunun diaqnostikası vә operativ müalicәsi probleminin hәllinә hәsr edilmişdir. 80-dәn çox elmi әsәrin müәllifidir.