ƏLİYEVA Elmira Hacımurad qızı (d.12. 9.1960, Bakı) – Azәrb. geoloqu, geologiyamineralogiya e.d. (2005), AMEA-nın m. üzvü (2014). Azәrb. Resp. Dövlәt mükafatı laureatı (2010). Azәrb. Dövlәt Un-tini bitirmiş (1982), hәmin un-tdә mühәndis (1989–91), 1991 ildәn AMEA-nın Geologiya vә Geofizika İn-tunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi işlәmişdir. 2005 ildәn şöbә rәhbәridir, eyni zamanda ARDNŞ-in “Neftqazelmitәdqiqatlayihә” İn-tunda laboratoriya müdiridir (2007 ildәn). Tәdqiqatları Orta vә Cәnubi Xәzәr hövzәlәrinin q.-indә Mezozoy-Kaynozoy çöküntülәrinin toplanma şәraitinin dәqiq öyrәnilmәsi, neftli ana vә kollektor süxurların toplanmasının fasial nәzarәti vә dövriliyin müәyyәn olunması; Cәnubi Xәzәr hövzәsinin mәrkәzi hissәsindә dәrin gömülmüş iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının әsaslandırılması; mәhsuldar qat çöküntülәrinin toplanma şәraitinin dәqiq öyrәnilmәsi vә Cәnubi Xәzәr hövzәsinin Pliosen әrzindә dәqiq paleocoğrafik rayonlaşdırılması vә kollektorların keyfiyyәtinin dәrәcәlәrә bölünmәsi; palçıq vulkanlarının tullantılarına görә Cәnubi Xәzәr hövzәsi q. yamacının Eosen-Miosen çöküntülәrinin paleocoğrafiyası üzrәdir. 165 elmi әsәrin müәllifidir.