ƏLİYEVA Fәrәh Şirmәmmәd qızı (d. 7.9. 1961, Bakı) – Azәrb. sәnәtşünası, sәnәtşünaslıq doktoru (2008), prof. (2005). Azәrb. Resp.-nın әmәkdar incәsәnәt xadimi (2017). Azәrb. Dövlәt Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirmişdir (1984). 1984 ildәn orada musiqi tarixi kafedrasında müәllim, elmi katib (1994–2006), 2006–14 illәrdә Azәrb. Resp. Mәdәniyyәt vә Turizm Nazirliyindә sektor vә şöbә müdiri, 2014–18 illәrdә Azәrb. Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Un-tinin rektoru olmuşdur. 2018 ildәn Azәrb. Resp. Prezidenti Administrasiyasının humanitar siyasәt mәsәlәlәri şöbәsinin müdiridir. Əsas tәdqiqatları Azәrb. musiqisinin inkişaf tarixinә, müasir problemlәrinә hәsr edilmişdir. “Azәrbaycan musiqisindә üslub axtarışları” (1996), “XX әsr Azәrbaycan musiqi mәdәniyyәti tarixinin qaynaqları” (3 cilddә, 2005–2006), “XX әsr Azәrbaycan musiqisi: tarix vә zamanla üz-üzә” (2007), “XX әsrin II yarısında Azәrbaycan musiqisinin yeni inkişaf yolları” (2012), “Üzeyir Hacıbәyli – şәxsiyyәt vә cәmiyyәt” (2014) monoqrafiyalarının, 2 dәrsliyin, 200-ә yaxın elmi vә elmi-publisistik mәqalәnin müәllifidir. Ü.Hacıbәylinin 110 illiyinә hәsr olunmuş musiqişünasların I Respublika müsabiqәsinin laureatıdır (1994).