ƏLİYEVA Gülarә Əziz qızı (17.11.1933, Bakı – 27.7.1991, Bakı) – Azәrb. musiqiçisi, pianoçu. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1977). Ə.Əliyevin qızıdır. Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1955). S.Rüstәmov ad. xalq çalğı alәtlәri orkestrindә, elәcә dә Ə.Dadaşov ad. xalq çalğı alәtlәri Ansamblında çalışmışdır. Ə. 1968 ildәn özünün tәşkil etdiyi “Dan ulduzu” instrumental ansamblının rәhbәri idi. Eyniadlı muğamlar әsasında işlәnmiş “Şüştәr” rapsodiyasının, “Hümayun” süitasının, “Bayatı-Kürd”, “Şur” fantaziyalarının müәllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranjiman etmişdir. Ansamblı ilә bir çox xarici ölkәdә qastrol sәfәrindә olmuşdur. Azәrb. Dövlәt İncәsәnәt İn-tunda pedaqoji fәaliyyәt göstәrmişdir (1966– 88 illәrdә musiqi nәzәriyyәsi kafedrasının müdiri). “Dan ulduzu” ansamblına Ə.-nın adı verilmişdir (1991).