ƏLİYEVA İfrat Sәlim qızı (d.9.11.1938, Bakı) – Azәrb. әdәbiyyatşünası, filologiya e.d. (1988), prof. (1989). Azәrb. Resp.- nın әmәkdar müәllimi (2009). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1961). 1962 ildәn hәmin un-tdә işlәyir. Filologiya fakültәsindә dekan müavini (1979–93), dekan әvәzi (1993–95), qiyabi vә axşam tәhsili üzrә prorektor olmuşdur (1994–99). 1999 ildәn Azәrb. әdәbiyyatı kafedrasının prof.-dur. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.