ƏLİYEVA İradә Nurәddin qızı (d.23.10. 1959, Gәncә ş.) – Azәrb. biofiziki. Biologiya e.d. (2000), prof. (2007). Azәrb. Dövlәt Un-tini (indiki Bakı Dövlәt Un-ti) bitirmişdir (1981). 1981–83 illәrdә Azәrb. SSR EA-nın Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda, 1980–98 illәrdә Bakı Dövlәt Un- tindә müxtәlif vәzifәlәrdә çalışmış, 2006– 11 illәrdә elmi tәdqiqat hissәsinin rәisi, 2011 ildәn tәdrisin tәşkili vә tәlim texnologiyaları üzrә prorektordur. Tәdqiqatları biol. fәal molekulların – zülal, peptid hormonların, antibiotiklәrin vә neyropeptidlәrin quruluş-funksiya әlaqәlәrinin tәdqiqinә hәsr olunmuşdur. Xәrçәng xәstәliyinin müalicәsindә istifadә olunan dәrman preparatlarının daşınma xüsusiyyәtlәrini tәdqiq etmiş vә peptid tәbiәtli molekulun dәmir oksidilә әmәlә gәtirdiyi molekulyar kompleksin fәza quruluşunun nәzәri modelini tәklif etmişdir. 270-dәn çox elmi әsәrin, 1 monoqrafiyanın, 2 dәrs vәsaiti vә 1 patentin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Железо в биологических системах (D.İ.Əliyeva vә İ.S.Qurbanovla birgә). Б., 2007.