ƏLİYEVA Kamilә Əli Ağa qızı (d.8. 6.1967, Bakı) – Azәrb. genetiki. Biologiya e.d. (2004), prof. (2009). Azәrb. Dövlәt Un-tini (indiki Bakı Dövlәt Un-ti) bitirmişdir (1989). 1984–99 illәrdә BDU-da genetika vә darvinizm kafedrasında müxtәlif vәzifәlәrdә çalışmışdır. 2007 ildәn hәmin kafedranın prof.-udur. Tәdqiqatları insan genetikası, tibbi genetika, irsi xәstәliklәr, talassemiya sahәlәrinә, Azәrb.-nın bәzi r-nlarının kәnd әhalisinin populyasion vә genetik-demoqrafik tәdqiqinә hәsr edilmişdir. 100 elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya, 3 dәrslik, “Genetika vә tәkamül tәlimi ensiklopedik lüğәti”nin müәllifidir. Azәrb. Resp. Milli Mәclisinin (4–5-ci çağırış) deputatıdır. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Популяционно-генетические исследования населения Азербайджана. Б., 2001.