ƏLİYEVA Kamilә Ramiz qızı (d.7.4. 1970, Bakı) – Azәrb. psixoloqu, psixologiya üzrә e.d. (2009), prof. (2010). Akad. R.Ə. Mehdiyevin qızı. Bakı Dövlәt Un-tini bitirmişdir (1992). Hәmin ildәn Azәrb. EA- nın Zoologiya İn-tunda baş elmi işçi kimi fәaliyyәtә başlamış, BDU-nun psixologiya kafedrasında müxtәlif vәzifәlәrdә çalışmışdır. 2010 ildәn hәmin un-tin sosial vә pedaqoji psixologiya kafedrasının müdiridir. Tәdqiqatları sosial psixologiya sahәsinә aiddir. 35-ә yaxın elmi әsәrin vә 3 monoqrafiyanın müәllifidir. Beynәlxalq seminar, simpozium vә konfraslarda çıxış etmişdir.
Əsәrlәri: Şәxsiyyәtin yaradıcılıq psixologiyası. B., 2005; Yaradıcı şәxsiyyәtin formalaşmasının bәzi psixoloji problemlәri. B., 2007.