ƏLİYEVA Kübra Muxtar qızı (d.4.9.1944,Ağdam) – Azәrb. sәnәtşünası. Sәnәtşünaslıq doktoru (2005), prof. (2014). 1967 ildә Azәrb. Teatr İn-tunu (indiki ADMİU) bitirmişdir. Hәmin ildәn Azәrb. SSR EA- nın Memarlıq vә İncәsәnәt İn-tunda elmi işçi, baş elmi işçi, 2010–17 illәrdә elmi işlәr üzrә direktor müavini işlәmiş, 2017 ildәn şöbә müdiridir. Əsas tәdqiqatları 16–17 әsrlәr Tәbriz xalça mәktәbi, onun Yaxın vә Orta Şәrq xalça sәnәti ilә әlaqәsinә aiddir. 200-ә yaxın elmi әsәrin, 8 monoqrafiyanın, o cümlәdәn ayrı-ayrı rәssamların yaradıcılığına aid kataloqların müәllifidir. Avropa, Yaxın Şәrq ölkәlәrindә keçirilәn simpoziumlarda Azәrb. incәsәnәtinә dair elmi mәruzәlәrlә çıxış etmişdir.
Əsәrlәri: Azәrbaycan xovsuz xalçaları. B., 1988; Ornament tarixi. B., 2012; Azәrbaycan xalçaları. Polşa, 2013; Xalq rәssamı Kamil Əliyev. B., 2015.