ƏLİYEVA Leyla İlham qızı (d. 3.7.1985, Moskva) – Heydәr Əliyev Fondunun vitseprezidenti, Ətraf Mühitin Mühafizәsi Naminә Beynәlxalq Dialoq İctimai Birliyinin (İDEA) sәdri, Rusiya Azәrbaycan Gәnclәr Tәşkilatının (RAGT) sәdri, “Baku” jurnalının baş redaktoru, İslam Əmәkdaşlıq Tәşkilatı (İƏT) Mәdәniyyәtlәrarası Dialoq üzrә Gәnclәr Forumunun baş koordinatoru, BMT-nin Ərzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatının (FAO) xoşmәramlı sәfiri, Azәrb. Resp.-ın Prezidenti İ. Əliyevin vә Azәrb. Resp.-ın Birinci vitse-prezidenti M. Əliyevanın böyük qızı.
Ə. 2000 ildә Bakı şәhәr 160 nömrәli orta mәktәbi, 2005 ildә Avropa Biznes Mәktәbini (ESB), 2008 ildә Moskva Dövlәt Beynәlxalq Münasibәtlәr İnstitutunun (MDBMİ) magistratura pillәsini bitirmişdir. Ə.-nın rәhbәrliyi ilә 2009 ildә Moskvada yaradılmış Rusiya Azәrbaycan Gәnclәr Tәşkilatı (RAGT) Rusiyada yaşayan vә tәhsil alan azәrbaycanlı gәnclәrin hәrtәrәfli inkişafı, xalqlar arasında dostluq, etimad vә anlaşmanın tәşviqi istiqamәtindә fәaliyyәt göstәrir.
Qlobal gәnclәr hәrәkatında fәal iştirak edәn Ə. 2008 ilin mayından İƏT Mәdәniyyәtlәrarası Dialoq üzrә Gәnclәr Forumunun baş koordinatoru, 2009 ilin aprelindәn BMT-nin Gәnclәr Mәşvәrәt Şurasının üzvüdür.
Ə. 2007 ildәn Heydәr Əliyev Fondunun Rusiya Feder. Nüm.-nin rәhbәri, 2011 ildәn isә hәm dә Fondun vitse-prezidentidir.
Ə.-nın tәşәbbüsü ilә 2008 ildәn başlanan “Xocalıya әdalәt” beynәlxalq kampaniyasının fәaliyyәti nәticәsindә dünyanın 10-dan artıq ölkәsinin parlamenti Xocalı soyqırımını rәsmәn tanımışdır.
Ə. 2007 ildәn Moskvada, 2011 ildәn Londonda nәşr olunan “Baku” jurnalının tәsisçisi vә baş redaktorudur.
2011 ildә Ə.-nın tәşәbbüsü ilә Azәrb.- da әtraf mühit layihәlәrinin tәbliğindә BMT-nin Ətraf Mühit Proqramının (UNEP) әsas tәrәfdaşlarından olan Ətraf Mühitin Mühafizәsi Naminә Beynәlxalq Dialoq İctimai Birliyi (İDEA) fәaliyyәtә başlamışdır.
2015 ildә Ə. aclıqla mübarizә, әrzaq tәhlükәsizliyinin tәmin edilmәsi vә sağlam әrzaq sistemlәrinin yaradılması kimi mәqsәdlәrә nail olunmasına töhfәlәrinә görә BMT-nin Ərzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatının xoşmәramlı sәfiri adına layiq görülmüşdür.
Ə. ictimai vә humanitar sahәlәrdә sәmәrәli fәaliyyәtinә görә Azәrb. Resp.-ın “Tәrәqqi” medalına (2011) layiq görülmüşdür. O, hәmçinin “Hәştәrxan vilayәti qarşısında xidmәtlәrә görә” ordeni (2012), Rus Pravoslav Kilsәsinin “III dәrәcәli Müqәddәs Mәlәksima “Knyaginya Olqa” ordeni (2013) vә “Volqoqrad vilayәti qarşısında xidmәtlәrә görә” medalı (2013) ilә tәltif edilmiş, Nyu-Yorkda uşaqlar üçün tәşkil olunan humanitar layihәlәrdә davamlı iştirakına görә “Key to life” mükafatını (2011) almışdır.