ƏLİYEVA Leylufәr İmran qızı (d.19. 11.1949, Bakı) – kimya texnologiyası sahәsindә Azәrb. alimi, texnika e.d. (2003), prof. (2010). Azәrb. Neft vә Kimya İn-tunu (ANKİ) bitirmişdir (1971). Əmәk fәaliyyәtinә ANKİ-dә (1972–76) başlamışdır. 1976 ildәn AMEA Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda çalışır, 2011 ildәn şöbә müdiridir, eyni zamanda Moskva Dövlәt Un-tinin Bakı filialında pedaqoji fәaliyyәt göstәrir. Elmi fәaliyyәti korroziya inhibitorlarının vә konservasiya materiallarının tәdqiqinә aiddir. Beynәlxalq elmi simpoziumlarda mәruzәlәrlә çıxış etmişdir. 250-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Novel corrosion inhibitors for protection from CO2 corrosion (başqaları ilә birlikdә). Lambert Academic Publishing, 2012