ƏLİYEVA Mahirә Xasay qızı (d.16.9.1936, Qubadlı r-nunun Qubadlı qәs.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1991), prof. (2011). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1958). Hәmin ildәn Azәrb. SSR EA Fizika İn-tunda fәaliyyәtә başlamış, 1967 ildәn baş elmi işçi işlәmiş, 1986 ildәn Azәrb. Neft vә Kimya İn-tunun fizika kafedrasında prof. vәzifәsindә çalışır. Elmi işlәri A3B6 vә A3B3C6 tipli yarımkeçiricilәrin fotoelektrik vә fotolüminessent xassәlәrinin öyrәnilmәsinә aiddir. 90-dan çox elmi әsәrin müәllifidir.