ƏLİYEVA Mahizәr Nәcәf qızı (d.16.12. 1938, Zaqatala r-nu) – Azәrb. kimyaçısı, kimya e.d. (2009). 1965–2008 illәrdә AMEA-nın Ə.M.Quliyev ad. Aşqarlar Kimyası İn-tunda mühәndis, kiçik vә böyük elmi işçi işlәmiş, 2008 ildәn laboratoriya müdiri vәzifәsindә çalışır. Tәdqiqatları yüksәk temp-rda qaynayan polyar üzvi birlәşmәlәrin buxar fazalı xromatoqrafiya üsulu ilә analizlәrinin işlәnib hazırlanmasına hәsr edilmişdir. 80-dәn çox elmi әsәrin müәllifidir.